BNA 240 milyonu hara xərcləyib? - Deputat

"Başa düşürəm ki, inflyasiya var. Qiymətə müəyyən qədər dəyişiklik edilməlidir. Amma bu elə bir formada olmalıdır ki, qiymət dəyişikliyi aztəminatlı insanlara təsir etməsin".
Bunu "Unikal"a açıqlamasında deputat Rüfət Quliyev ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı daşıyıcı şirkətlərin təklifinə münasibət bildirərkən deyib.
O bildirib ki, özəl nəqliyyat şirkətlərinin ictimai nəqliyyatda qiymət siyasətinə yenidən baxılması müraciəti ilə bağlı komissiya yaradılıb və işlər aparılır: "Tarif Şurasına təkliflər hazırlanır. Hazırda nəqliyyat şirkətləri üçün çətin günlərdir. Amma birdən-birə qiyməti çox artırmaq olmaz. Bu məsələ ilk növbədə analiz olunmalıdır ki, şirkətlərin çətinliyi nə ilə bağlıdır".
Deputat qeyd edib ki, Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti yoxlanılmalıdır:
"Pandemiyadan bu günə qədər ictimi nəqliyyata köməklik kimi onlara 230-240 milyon manat pul ayrılmışdı. Bu vəsait necə xərclənib, hara gedib, kim tərəfindən mənimsənilib? Zarafat deyil, 1 milyardın 4/1 hissəsidir. İlk növbədə bu vəsaitin hara xərcləndiyini araşdırmaq lazımdır".
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA











