BNA “Nəqliyyat Könüllüləri” proqramına start verdi

Ölkəmizdə könüllülük hərəkatının daha da inkişaf etməsinə Bakı Nəqliyyat Agentliyi "Nəqliyyat Könüllüləri" proqramı ilə öz töhfəsini verməkdədir.
BNA-dan Avtosfer.az-a verilən məlumata görə, 2021-ci il üzrə "Nəqliyyat Könüllüləri" proqramına yeni könüllülərin cəlb edilməsi prosesinə start veririlib.
Bakı şəhərinin mobilliyi, əlçatanlığı və təhlükəsizliyi istiqamətində Agentliyin həyata keçirdiyi fəaliyyətlərə dəstək olaraq, aidiyyəti sahədə bilik və bacarıqlarını inkişaf etdirmək istəyən, 18 yaşı tamam olan şəxslər öz CV formalarını 01 aprel 2021-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Seçilən könüllülər müsahibə mərhələsinə dəvət ediləcəklər, müsahibə mərhələsini keçən könüllülərə mail vasitəsilə məlumat veriləcəkdir.
Qeyd edək ki, "Nəqliyyat Könüllüləri"ni qarşıda maraqlı bir proqram gözləyir. Keçiriləcək təlimlər, təcrübə proqramı və təqdimatlar zamanı könüllülər bilik və bacarıqlarını inkişaf etdirəcək, mövcud vəziyyətin qaydalarına uyğun olaraq Agentliyin həyata keçirəcəyi müxtəlif sosial layihələrə, aksiyalara qatılacaq və tabeli qurumlarda təcrübə səfərlərinə yollanacaqlar. 2 ay müddətində müvafiq şöbələrdə və tabeli qurumlarda təcrübə keçən könüllülərə qiymətləndirmələrin nəticələrinə uyğun olaraq sonda sertifikatlar təqdim ediləcək.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












