Bratislava ilə Bakı arasında birbaşa uçuşlar başlanacaq

Slovakiya Qarabağın azad edilmiş ərazilərinin yenidən qurulmasına töhfə verməkdən qürur duyur.
Avtosfer.az xəbər verir ki, bunu Slovakiya Milli Şurasının sədri Rixard Raşi Bakıda Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Slovakiya şirkətləri Ağdam rayonunun Baş Qərvənd kəndində “ağıllı kənd” layihəsinin icrasında iştirak edir.
Rixard Raşi aparılan yenidənqurma işlərinin irəliləyişini müşahidə etmək üçün Qarabağa səfər edəcəyini diqqətə çatdırıb.
O qeyd edib ki, bu ilin oktyabr ayından etibarən Bratislava ilə Bakı arasında birbaşa uçuşlar həyata keçiriləcək: “Mən qəti şəkildə inanıram ki, Slovakiya Respublikası azərbaycanlı turistlər və sahibkarlar üçün məşhur istiqamətə çevriləcək, necə ki, Azərbaycan da slovakiyalı turistlər və iş adamları üçün getdikcə daha cəlbedici məkana çevrilir. Slovakiya və Azərbaycan strateji tərəfdaşlardır və bugünkü hadisələr münasibətlərimizin iqtisadi, parlamentlərarası və insanlararası əlaqələr baxımından güclü inkişaf mərhələsində olduğunu açıq şəkildə nümayiş etdirir. Sonda bir daha təsdiqləmək istəyirəm ki, Slovakiya Avropa səhnəsində Azərbaycan üçün etibarlı və balanslı tərəfdaş olaraq qalır. Biz gələcəkdə də bu tərəfdaşlığı böyük intensivliklə inkişaf etdirmək niyyətindəyik”.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












