Bratislavada Dəmir Nəqliyyat Forumu keçiriləcək

Martın 18-19-da Slovakiyanın Bratislava şəhərində “Dəmir Nəqliyyat Forumu 2025: Avropa Dəmir Yollarında İnnovasiyaların İdarə edilməsi” mövzusunda forum keçiriləcək.
Avtosfer.az "AZƏRTAC"a istinadla xəbər verir ki, forumda Şərqi Avropa və keçmiş SSRİ ərazisindəki dövlətlərin dəmir yolları strukturlarının rəhbərləri, nəqliyyat, tranzit və logistika sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edəcəklər.
Forum çərçivəsində keçiriləcək konfransda texniki parametrlərin standartlaşdırılması, hərəkətin idarə edilməsi sistemlərinin təkmilləşdirilməsi, dəmir yolu infrastrukturunun genişləndirilməsi, vahid və qarşılıqlı fəaliyyət göstərən şəbəkənin təmin edilməsi kimi məsələlər müzakirə ediləcək.
Konfransda texniki ekspertlər, siyasətçilər və iri biznes strukturlarının rəhbərləri çıxış edərək dövlətlər arasındakı dəmir yolu əlaqəsinin genişləndirilməsi, innovasiyaların öyrənilməsi, vahid strategiyanın hazırlanması kimi məsələlər barəsində fikirlərini və təkliflərini irəli sürəcəklər.
Forum çərçivəsində dövlət qurumları və şirkətlər arasında görüşlər keçiriləcəyi, əməkdaşlıq haqqında razılaşma imzalanacağı gözlənilir.
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO
Vasif Talıbovun qardaşının əmlakına görə məhkəmə çəkişməsi












