Britaniya ABŞ təyyarələrinin ərazisində uçuşuna qadağa qoydu
Xəbərlər
23 Fevral 2021 19:13

Böyük Britaniya ABŞ-ın “United Airlines” şirkətinə məxsus “Pratt & Whitney PW4000-112” mühərrikləri ilə işləyən “Boeing 777” təyyarələrinin öz ərazisində uçuşlarını qadağan edib.
“The Telegraph” xəbər verir ki, bunu Britaniyanın Nəqliyyat naziri Qrant Şepps deyib.
Qadağanın Kolorado ştatında baş verən təyyarə qəzası ilə bağlı tətbiq edildiyi bildirilir.
Qeyd olunur ki, qadağa müvəqqəti olacaq:
“Vəziyyəti nəzarətdə saxlamaq üçün Mülki Aviasiya İdarəsi ilə yaxından əməkdaşlığı davam etdirəcəyik”, - deyə britaniyalı nazir vurğulayıb.
Qeyd edək ki, fevralın 20-də Denverdən Honoluluya uçan “United Airlines” hava yollarına məxsus təyyarə uçuşdan yarım saat sonra təcili eniş edib. Belə ki, təyyarənin mühərriki qəfildən alışaraq yanıb, onun metal hissələri isə yaşayış sahələrinə düşüb.
Oxunub : 3242
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 18:15
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
14 Oktyabr 2026 11:03
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
13 Oktyabr 2026 22:08
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
13 Oktyabr 2026 19:02
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
13 Oktyabr 2026 15:18
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
12 Oktyabr 2026 23:06
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
12 Oktyabr 2026 20:29
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
12 Oktyabr 2026 20:17
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
12 Oktyabr 2026 19:45
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
12 Oktyabr 2026 19:24
18 marşrutun hərəkət sxemi dəyişdirilir
12 Oktyabr 2026 18:41
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
12 Oktyabr 2026 18:00
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
ŞƏRH YAZ












