Bu hava limanları da qənaətə keçdi

İtaliyanın Milan Linate, Boloniya, Venesiya və Treviso hava limanından uçuşlar üçün 9 aprel 2026-cı il tarixinə qədər yanacaq məhdudiyyətləri tətbiq olunacaq.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhdudiyyətlər ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibənin yaratdığı enerji böhranının aviasiya sektoruna təsirləri ilə əlaqədar olaraq ortaya çıxıb.
Belə ki, “Air BP Italia” şirkəti bu hava limanlarına təyyarə yanacağı tədarükündə məhdudiyyətlər barədə aviaşirkətlərə NOTAM (Təyyarəçilər üçün Bildiriş) göndərib.
NOTAM-a əsasən, yanacaq təminində təcili yardım təyyarələri, dövlət uçuşları və uçuş müddəti 3 saatdan çox olan səyahətlər prioritet olacaq. Digər uçuşlar isə məhdud cədvələ uyğun olaraq yanacaq təchizatına çıxış əldə edəcək.
Eyni zamanda, Venesiya, Treviso və Verona hava limanlarını idarə edən “Save Group” bildirib ki, onların hava limanlarında yanacaq məhdudiyyətləri əhəmiyyətli səviyyədə deyil və uçuşlara ciddi təsir göstərməyəcək.
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Güclü küləkdə bayrağı xilas etmək istədi - VİDEO
"Xalqımızın birliyi dünyaya nümunədir" - PREZİDENT
Şuşanın işğaldan azad olunmasından altı il ötür
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA












