Bu il 1 403 halda əmək qanunvericiliyinin tələbləri pozulub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin 9 ayında işəgötürənlər tərəfindən 1403 halda əmək qanunvericiliyinin tələblərinin pozulması faktını aşkar edib.
Nazirlikdən verilən məlumata görə, Xidmətin elektron sistem üzərindən həyata keçirdiyi dövlət nəzarəti tədbirləri, habelə ərizə və müraciətlərin araşdırılması zamanı aşkar edilən həmin hüquq pozuntuları daha çox əmək münasibətlərinin rəsmiləşdirilməməsi, əmək müqavilələrinin şərtlərinin yerinə yetirilməməsi, əmək məzuniyyəti, əmək haqqının hesablanması və ya ödənilməsində nöqsanlar və s. ilə bağlı olub.
Belə halların əsasən topdansatış və pərakəndə ticarət, ictimai iaşə, emal və tikinti sektorlarında baş verdiyi müəyyən olunub.
Qeyd olunan hüquq pozuntularının böyük hissəsinin aradan qaldırılması təmin edilib.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












