Bu il Çindən Azərbaycana gələn ilk konteyner qatarı Bakıya çatıb

Çin-Azərbaycan istiqamətində 2021-ci ilin ilk konteyner blok qatarı Bakıya çatıb.
Bu barədə Avtosfer.az-a "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə müəssisəsi - "ADY konteyner" MMC-dən bildriilib.
Məlumata görə, qarışıq yüklərdən ibarət qatar Çinin Çinqdao şəhərindən Bakıya qədər olan məsafəni 15 günə qət edib. Blok qatarı hər biri 40 futluq olan 50 konteynerdən ibarətdir.
Konteynerlər Qazaxıstanın Aktau limanından Ələt limanına operatoru “ADY Konteyner” olan “Beket Ata” fider gəmisi vasitəsilə çatdırılıb. Konteynerlərdən 15-i Gürcüstanın paytaxtı Tbilisiyə göndəriləcək.
Layihə Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri olan “KTZ Express”, “ADY Konteyner” MMC və “GR Logistics and Terminals”-ın birgə əməkdaşlığı çərçivəsində həyata keçirilb.
Bu ilin sonuna qədər “ADY Konteyner” Çin-Azərbaycan istiqamətində 50-yə qədər konteyner blok qatarının nəql olunmasını planlaşdırır.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












