Bu rayonlara qar yağdı

Milli Hidrometeorologiya Xidmətinin martın 24-ü saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir.
Xidmətdən Avtosfer.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 8, Lerikdə 4, Oğuz və Qəbələdə 3, Şəkidə 2, Şabran, Xaçmaz, Şahbuz, Daşkəsən, Balakən, Yevlax, Neftçala, Biləsuvar və Yardımlıda 1 mm-dir.
Dağlıq ərazilərə isə qar yağıb, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 24, Qusarda (Laza) 14, Qubada 12, Qaxda (Sarıbaş) 10, Şahdağda 8, Altıağac və Qobustanda 4, Xınalıqda 2, Xaltanda 1 sm-dir.
Martın 23-də saat 21:30-21:37 radələrində Ağsu rayonuna diametri 6 mm olan dolu düşüb.
Şamaxı, Qobustan, Şəki, Quba, Qusar, Qrız, Yevlax, Beyləqan, Lerik və Xaltanda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 4, dağlıq rayonlarda isə 11 dərəcəyədək şaxta qeydə alınıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












