Bu rayonlarda qaz olmayacaq

Şəki və Zaqatala rayonunun bir neçə kəndində qaz təchizatı dayandırılacaq.
"Azəriqaz" İstehsalat Birliyindən Avtosfer.az-a verilən məlumata görə, Şəki rayonu Köhnə Çələbixan qəsəbəsi, Daşüz, Qudula, Şorsu və Cumakənd kəndlərini təbii qazla təmin edən orta təzyiqli daşıyıcı qaz kəmərlərində kipliyə sınaq məqsədilə bu gün saat 09:30-dan işlər yekunlaşanadək bu ərazilərdə 1474 əhali abonentinin və 6 qeyri-əhali abonentinin qaz təchizatı dayandırılacaq.
Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində isə yeni çəkilmiş PE 315 mm-lik qaz xəttindən yerüstü qaz xəttinə qoşulma işləri aparılacaq. Bu səbəbdən 25 iyul saat 09:30-dan işlər başa çatana qədər S.M.Əfəndiyev, M.Cabbarov, Nuhəvi və A.Əfəndiyev küçələrində 463 əhali abonentinin qaz təchizatı dayandırılacaq.
Zaqatala rayonu Çökəkoba kəndində Hacıməmmədova Rəvanə Əhməd qızına məxsus fərdi yaşayış evinin qarşısından keçən mövcud D-57 mm-lik orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə bu gün saat 09:30-dan işlər yekunlaşanadək 380 əhali abonentinin qaz təchizatı dayandırılacaq.
Qeyd olunur ki, işlər başa çatdıqdan sonra qaz təchizatı bərpa olunacaq.
Bu gün saat 10:00-dan etibarən Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində aparılan təmir işləri ilə əlaqədar qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Qazın verilişi gün ərzində bərpa olunacaq.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












