Bu təyyarələr Bakı aeroportuna eniş etdi

Regional hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən "Flydubai" aviaşirkətinə məxsus Kazan–Dubay və Moskva–Dubay marşrutları üzrə hərəkət edən hava gəmilərinin kapitanları ehtiyat hava limanı qismində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş üçün müraciət ediblər.
Avtosfer.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.
Bildirilib ki, Kazan–Dubay reysi yerli vaxtla saat 11:25-də, Moskva–Dubay reysi isə saat 11:43-də Heydər Əliyev Beynəlxalq Aeroportuna təhlükəsiz şəkildə eniş edib.
Hər iki halda sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi tam təmin olunub, eniş və sonrakı əməliyyat prosesləri mövcud beynəlxalq aviasiya standartlarına və təhlükəsizlik tələblərinə uyğun şəkildə həyata keçirilib.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun əməliyyat infrastrukturu alternativ və tranzit reyslərin qəbuluna tam hazırlıqlı vəziyyətdədir və regional hava nəqliyyatı sistemində etibarlı ehtiyat hava limanı funksiyasını effektiv şəkildə yerinə yetirməyə davam edir.
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












