Çavuşoğlu: “Bundan sonra da addımlarımızı Azərbaycanla birgə dəyərləndirəcəyik” - VİDEO

Portuqaliyada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
“HaberGlobal”ın məlumatına görə, M.Çavuşoğluna Qarabağda Rusiya-Türkiyə rəqabəti və atəşkəsə nəzarət üzrə birgə fəaliyyət istiqaməti sahəsində anlaşmanın olub-olmadığı barədə sual ünvanlanıb.
M.Çavuşoğlu bildirib ki, Türkiyə Azərbaycanı yalnız bir millət iki dövlət olduğu üçün deyil, ilk növbədə Azərbyacanın beynəlxalq qanunlar çərçivəsində haqlı olduğu üçün dəstəkləyib.
Türkiyə XİN başçısı bildirib ki, Azərbaycan uğurlu hərbi əməliyyatlar keçirdi və hazırda bölgədə ataşkəs mövcuddur:
“Azərbaycanın müəyyənləşdirdiyi yerdə və bizə göstərdiyi nöqtələrdə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzini qurmaq mərhələsindəyik. Bu mərkəzlərin başlıca məqsədi atəşkəsə nəzarət olacaq, amma atəşkəs pozulacağı halda bunun qarşısını almaq tədbirləri də görüləcək”, - deyə M.Çavuşoğlu qeyd edib.
Türkiyəli nazir əlavə edib ki, Azərbaycanla Ermənistan arasında yaşanan 44 günlük müharibə müddətində üç dəfə atəşkəs elan edilməsinə rəğmən, Ermənistan hər dəfə bu atəşkəsi pozub.
“Atəşkəslə bağlı qəbul edilən son qərara Ermənistanın əməl edəcəyinə ümid edirik. Ancaq bundan sonra Ermənistanla əlaqələrimizi normallaşdırmaqdan danışmaq olar. Biz bundan sonra atılacaq addımları da Azərbaycanla birgə dəyərləndirəcəyik”, - deyə M.Çavuşoğlu bildirib.
Oxu.az
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu












