“Cəfər Cabbarlı - Nizami” tunelinin tikintisində ilk mərhələ yekunlaşıb

Xətlərin ayrılması layihəsinin əsas hədəflərindən biri olan “Cəfər Cabbarlı–Nizami” mənzilini birləşdirəcək, uzunluğu 200 metrə yaxın olan tunelin inşasının birinci mərhələsi başa çatdırılıb.
Avtosfer.az xəbər verir ki, görülən işlər çərçivəsində “28 May” stansiyası ətrafında iki ərazidə - Süleyman Rəhimov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki avtomobil parklanma zonası və “Cəfər Cabbarlı” stansiyasının yaxınlığında yerləşən iki hazırlıq şaxtasının qazıntısı aparılıb.
Tikinti prosesi yerüstü sahədə avtobusların, dəmiryol vağzalının, “28 May” və “Cəfər Cabbarlı” stansiyalarının fəaliyyətinə heç bir maneə yaratmır. Ərazidən bütün istiqamətlərdə piyadaların təhlükəsiz hərəkəti üçün yollar təmin edilib.
Qeyd edək ki, 200 metrə yaxın tunelin inşası başa çatana qədər qatarların hərəkəti “İçərişəhər-Əhmədli” (habelə “Əhmədli-Həzi Aslanov” məkik hərəkət mənzili), “Dərnəgül-Nizami” və indiki kimi “Cəfər Cabbarlı-Xətai” olmaqla təşkil ediləcək. Tikintinin növbəti mərhələsində sərnişinlər “28 May” və “Nizami” stansiyaları arasında yerüstü nəqliyyatdan istifadə edəcəklər.
Tunelin inşasının “Dərnəgül” elektrik deposunun birinci mərhələsi tamamlandıqdan sonra 11 ay ərzində yekunlaşdırılması nəzərdə tutulur. Eləcə də müvafiq digər avadanlıq, qurğu və sistemlərin quraşdırılması başa çatdıqdan sonra Qırmızı (“İçərişəhər-Həzi Aslanov”) və Yaşıl (“Dərnəgül-Xətai”) xətlər tam müstəqil fəaliyyət göstərməyə başlayacaq.
Sərnişinlər Yaşıl xətdən Qırmızı xəttə və əksinə “28 May-Cəfər Cabbarlı” keçidindən istifadə edəcəklər./qafqazinfo
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












