“Çex Hava Yolları” bütün əməkdaşlarını ixtisar edir

“Çex Hava Yolları” (ÇSA – Çeske aerolinie) şirkəti 430 əməkdaşının hamısını işdən çıxaracaqları barədə həmkarlar ittifaqı və əmək birjasını xəbərdar edib.
Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çex Təyyarə Heyətləri Əməkçi İttifaqının sədri Teresa Leffelman bunun pandemiya üzündən uçuşların kütləvi şəkildə ləğv olunması ilə bağlı olduğunu bildirib. Eyni zamanda, dövlət dəstəyindən də məhrum olunan şirkətin kreditorları tərəfindən verilən ərizələrə əsasən müflisləşmə işlərinin başlamasına dair moratoriumun müddəti bu ayın sonunda başa çatır.
Belə ki, ÇSA fevralın əvvəlində hökumətdən 1,1 milyard kron (42,5 milyon avro) məbləğində maliyyə yardımı istəsə də, sənaye və ticarət naziri Karel Havliçek şirkətə maliyyə yardımı ayırmaq fikrində olmadıqlarını bildirib.
Qeyd edək ki, 1923-cü iluin 6 oktyabr tarixində o zaman Çexoslovakiya hökumətinin qərarı ilə təsis olunmuş ÇSA dünyanın 5 ən yaşlı hava yolu şirkəti arasındadır.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












