Çin milli orbital stansiyaya pilotsuz "Şençjou-22" gəmisini buraxdı

Çinin "Böyük Yürüş-2F" (Long March-2F) daşıyıcı raketi "Şençjou-22" kosmik gəmisini orbitə çıxarıb. O, "Tyanqun" milli orbital stansiyasına qoşulmalıdır.
Avtosfer.az "İnterfaks"a istinadla xəbər verir ki, bu barədə Çinin Pilotlu Kosmik Uçuşlar Proqramı İdarəsi (CMSA) məlumat yayıb.
Gəmi kosmik zibillə zədələnmiş "Şençjou-20" kosmik aparatını əvəzləmək üçün stansiyaya pilotsuz rejimdə göndərilib. CMSA-nın məlumatına görə, geri qayıdan aparatın pəncərəsində böyük ehtimalla bu səbəbdən əmələ gəlmiş mikroçatlar aşkar edilib.
"Şençjou-22" stansiyanın indiki heyətini 2026-cı ildə Yerə qaytarmaq üçün nəzərdə tutulub. Heyətə taykonavtlar Can Lu, U Fey və Can Xuncjan daxildir, onlar 10-cu ekspedisiya çərçivəsində təxminən altı ay orbital laboratoriyada işləyəcəklər.
Taykonavtlar stansiyaya əvvəlki heyəti əvəzləmək üçün oktyabrın 31-də "Şençjou-21" gəmisi ilə gəliblər. Əvvəlki heyət zədələnmiş "Şençjou-20" gəmisi əvəzinə "Şençjou-21" ilə yerə qayıtmalı olub.
Daşıyıcı raket ölkənin şimal-qərbindəki Tsyutsyuan kosmodromundan Pekin vaxtı ilə saat 12:11-də (Bakı vaxtı ilə saat 8:11-də - red.) buraxılıb.
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO
Vasif Talıbovun qardaşının əmlakına görə məhkəmə çəkişməsi
İdman zalında ölən şəxslərin yarılmasına, araşdırmasına onların qohumları imkan vermir – ADİL QEYBULLA
Taksi sürücüləri üçün vacib xəbər - TARİX AÇIQLANDI
Xalq artisti vəfat etdi - FOTO












