Çin şirkəti uçan taksilərin kütləvi istehsalına başlamağa hazırlaşır

Uçan taksi və digər dronların hazırlanması ilə məşğul olan Çinin "EHang" şirkəti 2021-ci ilin ikinci rübündə "EH216" adlı ikinəfərlik uçan taksilər istehsal edən zavodunu istifadəyə vermək niyyətindədir.
Avtosfer.az ictnews.az-a istinadən bildirir ki, "EHang" şirkətinin məlumatına görə, Quandun əyalətinin Yunfu şəhərində inşa edilən və sahəsi 24 min kvadrat metr olacaq zavodda ildə 600 "EH216" taksi istehsal ediləcəyi təxmin edilir, tələbat çox olduğu təqdirdə uçan taksi istehsalının həcmi artırıla bilər. Zavodun ərazisində, həmçinin tədqiqat mərkəzi və sınaq poliqonu tikiləcək.
İndi "EHang" şirkəti Quancjouda yerləşən mənzil-qərargahında sürücüsüz idarə olunan taksi və başqa dronlar istehsal edir. Yeni zavod istifadəyə verildikdən sonra şirkətin əsas ofisi öz diqqətini yeni məhsulların hazırlanmasına yönəldəcək.
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO
İşdən çıxarılan icra başçısı məşhur şəxsin QARDAŞIDIR
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?










