COVİD peyvəndi Azərbaycana nə vaxt gətiriləcək?

“Vaksinlərin ölkəmizə gətirilməsində iki istiqamət müəyyən edilib”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mir Şahinin vaxtı” verilişində TƏBİB sədri Ramin Bayramlı deyib. Onun sözlərinə görə, onlardan biri çoxtərəfli platformadır:
“QAVİ (Qlobal vaksinasiya və immunizasiya) alyansı deyilən bir alyans var. Həmin alyans bu il may ayında COVAX adlı bir təsisat yaradıb. Həmin təsisat çərçivəsində təxminən 180-ə yaxın ölkə oraya qoşulub və vaksinlərin çoxtərəfli platformada əldə olunması üçün təşəbbüs irəli sürülüb. Bu təsisatın əsas məqsədi ondan ibarətdir ki, dünyanın bütün ölkələrində vaksinlər ədalətli paylansın.
Azərbaycan da özünümaliyyələşdirən ölkələr qrupunda buraya daxil olub və geniş müzakirələrdən sonra COVAX təsisatına qoşulmuşuq. Koronavirusla mübarizəyə dəstək fondunun ictimaiyyətə nəzarət şurasının da toplantısında biz məruzə etmişik və şura üzvlərinin də icazəsi ilə ilkin ödənişlər olunub. COVAX təsisatı çərçivəsində ölkəmizə önümüzdəki il vaksinlərin təklif olunacağını gözləyirik. Bu təsisat çərçivəsində vaksini əldə edən ilk ölkələrdən biri olacağıq.
Digər istiqamətimiz isə ikitərəfli danışıqlardır. Bu gün təxminən 30-a yaxın vaksin tədqiqatçısının 7-8-i ön plana çıxıb. Onlardan da 5-i daha ön plana çıxıb və 3-cü klinik faza mərhələsinə daxil olub. Biz də bu tədqiqatçıların təmsil olunduğu şirkətlərlə daim ünsiyyətdəyik və ikitərəfli danışıqlarımız gedir.
Vaksinlərin əldə olunması önümüzdəki ilin yanvar ayında gözlənilir. Dəqiq tarix məlum olan kimi ictimaiyyətə açıqlanacaq. Burada bizim üçün ən vacib meyar təhlükəsizlik meyarıdır”.
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu












