Daha bir avtomobil yolu yenidən qurulur - FOTO - VİDEO

Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Lerik rayonunun Hamarmeşə–Bibiyani avtomobil yolunun yenidən qurulmasına başlanılıb. Layihə mindən artıq sakinin yaşadığı iki yaşayış məntəqəsini əhatə edir.
Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, uzunluğu 5,2 kilometr olan və çınqıl örtüyə malik mövcud yol xüsusilə payız-qış mövsümündə nəqliyyat vasitələrinin və piyadaların hərəkətində ciddi çətinliklər yaradırdı. Bu səbəbdən yolun əsaslı şəkildə yenidən qurulması zəruri hesab olunub. Hazırda yol 4-cü və 5-ci texniki dərəcələrə uyğun olaraq təkmilləşdirilir, eni isə 10 metrədək genişləndirilir.
Layihə çərçivəsində torpaq işləri, qazma, əks-dolğu və yol yatağının tikintisi üzrə texnoloji ardıcıllığa əsaslanan işlər davam etdirilir. Eyni zamanda, suların ötürülməsini təmin etmək üçün mövcud dəmir-beton borular bərpa olunur, zəruri ərazilərdə isə müxtəlif diametrli yeni suötürücü borular quraşdırılır.
Bundan əlavə, layihənin birinci kilometrində yeni körpünün və ehtiyac duyulan sahələrdə istinad divarlarının tikintisi də nəzərdə tutulur.
Yenidənqurma işlərinin son mərhələsində yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi planlaşdırılır.
Bütün işlər “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun şəkildə, təsdiqlənmiş iş qrafikinə əsasən və yüksək keyfiyyətlə həyata keçirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident























