Daha bir qazi protezlə təmin ediləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tarixi Zəfərimizin qəhrəmanlarından daha birinin - Əsgərzadə Bəkir Zakir oğlunun ailəsini ziyarət ediblər.
Nazirlikdən Avtosfer.az-a bildirilib ki, B.Əsgərzadə Vətən Müharibəsində şərəfli döyüş yolu keçib, döyüşlərin birində ağır yaralanıb. Onun 5 nəfərdən ibarət ailəsinin (qazinin anası, atası, qardaşı, bacısı) sosial vəziyyəti öyrənilib. Ailənin əmək qabiliyyətli olan, lakin işləməyən üzvlərinin məşğulluq məsələlərinin həlli üçün işlər aparılır.
B.Əsgərzadənin yüksək texnologiyalı protezlə təmin edilməsi qərara alınıb. Bununla əlaqədar o, Nazirliyin Protez Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə dəvət edilib. Mərkəzdə ölçülər götürülüb, protezləşməyə hazırlıq üçün evə buraxılıb. Qısa müddət ərzində qazimiz yüksək texnologiyalı protez ilə də təmin olunacaq.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












