Daha iki yaralı qazimizə dəstək işlərinə başlanıb - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları İkinci Qarabağ müharibəsində yaralanmış daha iki qazimizlə - Rüstəmov Sübhan Yusif oğlu (Oğuz) və Tarverdiyev Məlik Malik oğlu (Xaçmaz) ilə bağlı sosial dəstək işlərinə başlayıblar.
ƏƏSMN-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, S.Rüstəmovun ailəsi ilə görüşən nazirlik əməkdaşları qazinin istəyinə və əmək bacarığına uyğun olaraq onun üçün özünüməşğulluq proqramı çərçivəsində təsərrüfat yaradılmasını qərara alıblar.
M.Tarverdiyevin ailəsi ilə görüş zamanı qazi özünüməşğulluq proqramına cəlb olunmaq istədiyini bildirib. İstəyinə uyğun olaraq onun üçün iaşə xidmət sahəsi yaradılması üçün qeydiyyata alınıb, müvafiq sənədləşdirmə işləri aparılıb.
Hər iki ailəyə ünvanlı sosial yardım almaq üçün müraciət proseduru, müvafiq qanunvericilik barədə də məlumat verilib, sosial vəziyyətlərinin diqqətdə saxlanacağı bildirilib. S.Rüstəmovun və M.Tarverdiyevin əlilliyinin qiymətləndirilməsinin aparılacağı və əlillik təyin olunduğu halda onlara hər ay sosial ödənişlər veriləcəyi də qeyd edilib.
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi












