“Dədə Qorqud” tankeri Xəzərdə yenidən yükdaşımalara cəlb olundu

“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Dədə Qorqud” tankeri təmir olunub.
ASCO-dan Avtosfer.az-a bildirilib ki, təmir zamanı gəminin sualtı və suüstü hissələri, maşın şöbəsindəki mexanizmləri, baş göyərtəsi təmizlənərək rənglənib.
Bundan başqa, gəmi üzrə bütün klapanlar bərpa olunub, ağac emalı, gövdə-qaynaq və elektrik-quraşdırma işləri həyata keçirilib. Tankerdə rabitə və elektroradionaviqasiya sahəsinə aid yeni avadanlıqlar quraşdırılıb. Belə ki, 1 dəst “MF/HF” tipli stasionar radiostansiya və siqnal paylayıcısı istifadəyə verilib. Həmçinin girokompas, radar və komanda yayım qurğusunun sıradan çıxmış hissələri yeniləri ilə əvəzlənib.
Təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb və prosesdən sonra tanker yenidən istismara qaytarılıb.
Qeyd edək ki, “Dədə Qorqud” tankerinin uzunluğu 149,9 metr, eni 17,3 metr, yükgötürmə qabiliyyəti isə 13,8 min tondur.
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












