Dəmir yolu islahatları DSMF-nin sosial sığorta gəlirlərinə təsir edib

Dəmir yolu islahatları Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sosial sığorta gəlirlərinə təsir edib.
Avtosfer.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, məcburi dövlət sosial sığorta haqları üzrə növbəti il üçün nəzərdə tutulan artımda əvvəlki illərlə müqayisədə dövlət büdcəsindən maliyyələşən təşkilatların iştirak payı da daha çox artıb: "Bu, dəmir yolu sistemində aparılan islahatlarla izah oluna bilər. Xərclərin maliyyələşmə mənbələri ilə bağlı son məqam isə əvvəlki illərdən istifadə olunmamış vəsaitlərlə əlaqədardır. Bu vəsaitlər gəlirlərin artıq olması, xərclərin isə nisbətən az icra edilməsi nəticəsində formalaşıb. Növbəti ildə 52 milyon manat vəsaitin istifadəsi nəzərdə tutulur ki, bu da cari ilin göstəricisindən təqribən 3,1 dəfə azdır. 2026-cı ilin sonuna gözlənilən icra ilə bağlı təqdim olunmuş məlumatlarda həmin vəsaitin cari ildə istifadə edilməyəcəyi əks olunub".
V.Gülməmmədov qeyd edib ki, növbəti il DSMF-nin xərcləri üçün 9,2 milyard manat vəsait planlaşdırılır: "Xərclərlə bağlı ən mühüm məqam onların əhəmiyyətli hissəsinin, təqribən 8,9 milyard manatının əhaliyə ödənişlərə yönəldilməsidir".
O deyib ki, Fondun gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta haqları hesabına formalaşan gəlirlər əhəmiyyətli paya malikdir və bu, müsbət haldır: "Qeyd edim ki, müzakirə etdiyimiz layihədə bu mənbə üzrə gəlirlər makroiqtisadi parametrlərə daha uyğun şəkildə proqnozlaşdırılıb. Bu da xüsusi vurğulanmalı olan digər müsbət məqamdır".
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI
İki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu












