Banner

"Binə" Ticarət Mərkəzi köçürülür? - RƏSMİ

Gündəm 28 Noyabr 2026 17:03
"Binə" Ticarət Mərkəzi köçürülür? - RƏSMİ
WhatsApp kanalımıza abunə olun

Son günlər "Sədərək" və "Binə" ticarət mərkəzlərinin "Abşeron" Ticarət Mərkəzinə köçürüləcəyi ilə bağlı iddia yayılıb. Bildirilir ki, hər iki ticarət mərkəzi sökülərək yerində universitet tikiləcək.

Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı "Sədərək" Ticarət Mərkəzindən Oxu.Az-a bildirilib ki, sözügedən iddialar həqiqəti əks etdirmir.

"Binə" TM-in hüquqşünası Fuad Cəfərov da iddianı təkzib edib.

Qeyd edib ki, sözügedən məsələ həqiqətə uyğun deyil:

"Məsələnin haradan qaynaqlandığını bilmirik. Bu, tamamilə absurd məsələdir. "Binə" Ticarət Mərkəzi köçürülmür".

Oxunub : 62
ŞƏRH YAZ
Ad

E-mail

Şərh