Çavuşoğlu dəniz quldurlarının hücumuna məruz qalmış gəminin kapitanı ilə danışdı - FOTO - VİDEO - YENİLƏNİB

Dəniz quldurlarının hücum etdiyi Türkiyə şirkətinə məxsus gəminin dördüncü kapitanı Furkan Yarenlə əlaqə yaradılıb. Furkan Yaren II mühəndis Fərman İsmayılovun öldürüldüyünü, özünün də ayağından yaralandığını qeyd edib. O, gəmi heyətindən 15 nəfərin döyülərək aparıldığını, onunla birlikdə gəmidə qalan iki nəfərdən birinin də yaralı olduğunu bildirib.
Artıq Türkiyənin Nigeriya sahillərində hücuma məruz qalan gəminin heyətinin xilas edilməsi üçün diplomatik kanallar yolu ilə işə başladığı vurğulanır.
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu da Furkan Yarenlə telefonda danışıb və ondan məlumat alıb. Türkiyənin XİN rəhbəri həmçinin gəminin aid olduğun şirkətin idarəçisi Osman Leventə də zəng vurub və başsağlığı verib.
Qeyd edək ki, gəmi hazırda Qabonun Port-Gentil bölgəsinə hərəkət edir və saat 09:00-da limana çatması gözlənilir.
23:25
Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb.
Gəmidə olan azərbaycanlı mühəndis qətlə yetirilib.
Hazırda gəmi limana aparılır.
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ












