Dənizdə dalğanın hündürlüyü 4 metrə çatdı

Martın 20-si saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir. Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, hazırda bəzi ərazilərdə şimal-qərb küləyi əsir, küləyin sürəti Culfada saniyədə 21 metrədək, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Naftalanda saniyədə 18 metrədək, Naxçıvanda saniyədə 15 metrədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrdir. Göygöl, Gəncə, Naftalan, Şəmkir, Şəki, Zaqatala, Oğuz, Qəbələ, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Kürdəmir, Göyçay, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Hacıqabul, Beyləqan, Yardımlı, Lerik və Astarada fasilələrlə yağış yağır.
Gədəbəy və Şahdağda isə arabir qar yağması müşahidə olunur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












