"Digər məsələlər referendum yolu ilə həllini tapacaq" - Komitə sədri

"Hesab edirəm ki, heç bir mübahisəli məsələ qalmayıb. Deputat həmkarlarımız çıxışlarında vurğuladılar ki, layihə mükəmməl hazırlanıb. Yeganə bir neçə nəzəri məsələlər var idi ki, onların da həlli gələcək konstitusion islahatlarla bağlıdır".
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin iyulun 4-də keçirilən növbədənkənar sessiyası üzrə növbəti iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanun layihəsinin II oxunuşunda müzakirəsi zamanı deyib.
"Onu vurğulamaq istəyirəm ki, Naxçıvan Muxtar Respubliaksının Konstitusiyası da Azərbaycan Konstitusiyasının ayrılmaz tərkib hissəsidir. Bir sıra məsələlər məhz indi konstitusiyaya əlavə və dəyişikliklərlə həllini tapır. Digər məsələlər isə gələcəkdə referendum yolu ilə həllini tapar. Burada heç bir ziddiyyət mövcud deyil", - deyə komitə sədri bildirib.
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO












