DİN -dən yaşlı qadının sosial şəbəkədəki müraciəti ilə bağlı AÇIQLAMA - VİDEO

Qazax rayonunun Aslanbəyli kənd sakini Söylü Eminovanın on dörd baş iribuynuzlu mal-qarasının itməsi barədə sosial şəbəkələrdə paylaşılan iddiaları ilə əlaqədar Rayon Polis Şöbəsində araşdırmalar aparılıb.
Bu barədə Avtosfer.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib.
O bildirib ki, dekabrın 20-də Qazaxın Aslanbəyli kənd sakini S.Eminovanın oğlu Teymur Eminov DİN-nin “102” Zəng Mərkəzinə yaşadığı kəndin ərazisində ona məxsus on dörd baş iribuynuzlu mal-qarasının itməsi ilə bağlı müraciət edib:
“Müraciətlə əlaqədar RPŞ-nin əməkdaşları dərhal həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalarla mal-qaranın məhz sahibinin nəzarətsizliyi nəticəsində kənddən xeyli aralanaraq itdiyi müəyyən edilib.
Hazırda Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşa məxsus mal-qaranın tapılması istiqamətində zəruri tədbirlər görülür”.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə yayılan görüntülərdə Qazax rayonu Aslanbəyli kənd sakini olan 63 yaşlı qadın mal-qarasının oğurlandığını iddia edərək, kömək istəyib.
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu












