Dörd rayonda əməliyyat: 9 qanunsuz silah götürüldü

Daxili işlər orqanları tərəfindən 4 rayonda qanunsuz silah saxlayanlara qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Dəllər Cırdaxan kəndi ərazisində Əliyaqublu kənd sakini A.Abdullayevdən müvafiq sənədləri olmayan “İJ-18E” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakinləri X.Qurbanovdan və V.Qurbanovdan “BM” markalı ov tüfəngləri və 13 ədəd patron, Q.Orucovdan “TOZ-16”, S.Eyvazovdan “İJ-16”, R.Sultanovdan “İJ-17”, N.Əhmədovdan isə “İJ-58” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Günəşli kənd sakini A.Həsənovdan müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.
Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Qaxingiloy kənd sakini, əvvəllər məhkum olunmuş F.Mustafazadədən 33 qramdan artıq marixuana və “Makarov” tipli tapança, habelə gizlətdiyi 435 qram marixuana aşkar edilərək götürülüb.
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ












