Dövlət Turizm Agentliyi İT sistemlərini "Hökumət buludu"na köçürdü

"Hökumət buludu"nun (G-cloud) yaradılması və "bulud" xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında" ölkə Prezidentinin 718 nömrəli Fərmanının icrası davam etdirilir.
Avtosfer.az xəbər verir ki, fərmanın icrası çərçivəsində daha bir dövlət qurumu - Dövlət Turizm Agentliyi informasiya sistemlərini "Hökumət buludu"na köçürüb. Agentliyin əsas rəqəmsal resursları AZCON Holding şirkətlərindən olan "AzInTelecom" MMC-yə məxsus Bakı Data Mərkəzinə yerləşdirilib. "AzInTelecom" Agentliyə "Virtual server – IaaS" (İnfrastructure-as-a-Service) və "Rezervlənmə – BaaS" (Backup-as-a-Service) "bulud" xidmətləri göstərib. Bununla da qurum öz kritik sistemləri üçün daha dayanıqlı və əlçatan İT infrastrukturu əldə edib.
"Hökumət buludu" layihəsi çərçivəsində dövlət qurumları İT sistemlərini "AzInTelecom"a məxsus Bakı Əsas və Yevlax Ehtiyat Data Mərkəzlərinə tam və ya qismən miqrasiyasını həyata keçirir. Nəticədə qurumların cari İT xərcləri azalır, informasiya sistemlərinin məhsuldarlığı artır. Təkmilləşdirilmiş informasiya təhlükəsizliyinə, dayanıqlı İT infrastrukturuna, keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
"AzInTelecom" "bulud" xidmətləri üzrə beynəlxalq standartları müəyyənləşdirən "TIER III" sertifikatını Cənubi Qafqaz regionunda əldə etmiş ilk qurumdur.
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












