DSK sədri seçki dairəsindən oğurluq edib? - AÇIQLAMA - VİDEO

80 saylı Lerik-Astara Dairə Seçki Komissiyasının sədri Firdovsi Fazilov 29 yanvar 2025-ci il tarixdə keçirilən bələdiyyə seçkilərindən 2 ay sonra dövlətin maliyyəsi ilə alınan bəzi ləvazimatları gözətçisinin köməyilə satmaq üçün özü ilə aparıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Unikal"a videofakt daxil olub. Videoda DSK sədri Firdovsi Fazilovun seçki dairəsindən 99 CX 515 dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobilinə daşıdığı görünür.
Məsələ ilə bağlı F.Fazilovla əlaqə saxladıq. O, saytımıza açıqlamasında bildirdi ki, qeyd olunan məsələ ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılıb: "Həmin vaxt araşdırma aparıldı, fakt aşkarlanmadı. İndi isə sizdə hansı videonun olduğunu bilmirəm", - deyə o əlavə edib.
Qeyd edək ki, video bələdiyyə seçkilərindən təxminən 2 ay sonra - 1 aprel 2025-ci ildə lentə alınıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












