DTX-dən əməliyyat: Bu şəxs dövlətə xəyanətə görə həbs edildi

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, E.İsmiyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
Ona qarşı AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə yekun ittiham elan olunub.
İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Ötən gün cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Hakimlərin qərarı ilə proses qapalı rejimdə aparılıb.
Hazırlıq iclasında mahiyyətə uyğun olaraq anket məlumatları dəqiqləşdirilib.
İlkin istintaq zamanı hər hansı prosessual pozuntu aşkar edilmədiyindən iş məhkəmə baxışına verilib.
Qeyd edək ki, ittiham sübuta yetirilərsə, İsmiyevi 12 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












