Banner

DTX-nin həbs etdiyi icra başçısı AZADLIĞA BURAXILDI

Xəbərlər 27 Noyabr 2026 14:30
DTX-nin həbs etdiyi icra başçısı AZADLIĞA BURAXILDI
WhatsApp kanalımıza abunə olun

İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb.

Avtosfer.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı bu gün Xəzər rayon məhkəməsi qərar qəbul edib.

O, səhhəti ilə bağlı vaxtından əvvəl azadlığa buraxılıb. 

Hacıyevin cəzasının başa çatmasına 1 ildən bir qədər çox vaxt qalmışdı.

Xatırlatma: Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 5 may 2020-ci ildə saxlanılıb.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Ali Məhkəmə Vilyam Hacıyevin cəzasını 8 il 6 ay müddətinə azaldıb.

Oxunub : 118
ŞƏRH YAZ
Ad

E-mail

Şərh