Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salındı - YENİLƏNİB

Xocalı və Ağdərə rayonlarının kəndlərinə noyabrın 27-də növbəti köç prosesi həyata keçirilib, sakinlərə açarlar təqdim edilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, mərasimdə Azərbaycan Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, eləcə də Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak ediblər.
***
Xocavənd şəhərinə və Quzeyxırman kəndinə yola salınan növbəti köç karvanı məntəqəyə çatıb, sakinlərə açarlar təqdim edilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, açarların verilmə mərasimində Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak ediblər.
Kəndə köçürülən ailələr müasir tələblərə cavab verən evlərdə məskunlaşıblar.
Qeyd edək ki, bu mərhələdə Xocavənd şəhərinə 7 ailə (30 nəfər), Xocavəndin Quzeyxırman kəndinə isə 17 ailə (71 nəfər) köçürülüb.
***09:18
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Ağdərə rayonunun Vəngli, Çıldıran, Kolatağ və Heyvalı, Xocalı rayonunun Badara, Xanyurdu və Xanabad kəndlərinə, Xocavənd şəhəri və rayonun Quzeyxırman kəndinə növbəti köç karvanı yola salınıb.
Avtosfer.az xəbər verir ki, bu mərhələdə Ağdərənin Vəngli kəndinə 10 ailə (42 nəfər), Çıldıran kəndinə 15 ailə (49 nəfər), Kolatağ kəndinə 2 ailə (6 nəfər), Heyvalı kəndinə 1 ailə (1 nəfər), Xocalının Badara kəndinə 4 ailə (7 nəfər), Xanyurdu kəndinə 9 ailə (32 nəfər), Xanabad kəndinə 8 ailə (33 nəfər), Xocavənd şəhərinə 7 ailə (30 nəfər), Xocavəndin Quzeyxırman kəndinə isə 17 ailə (71 nəfər) köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Azərbaycan niyə xarici ölkələrin plastik tullantılarına milyonlar xərcləyir?- İQTİSADÇI
Bank sektorunda rekord artım: Kredit götürmək asanlaşacaqmı? – ŞƏRH
Bank sektorunda rekord artım: Kredit götürmək asanlaşacaqmı? – ŞƏRH
İlham Əliyev Fərman İMZALADI: Hərbçilərlə bağlı bu qayda DƏYİŞDİ
İşləyən pensiyaçılarla bağlı yeni təklif... - Nəyə ehtiyac var?
Dövlət İmtahan Mərkəzi Elm və Təhsil Nazirliyinə birləşdirilə bilərmi? - RƏY
Müəssisə adları Azərbaycan dilinə necə təsir edir? – MÜTƏXƏSSİS
Virtual Həcc animasiyaları savab sayıla bilər? – Din xadimi AÇIQLADI
Yeni xərçəng dərmanı Azərbaycana gətiriləcəkmi? – AÇIQLAMA
Azərbaycanda bəzi qadınlara 500 manat müavinət veriləcək
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS















