DTX-nin həbs etdiyi sabiq xidmət rəisi hakim qarşısında

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi polkovnik Mirzə Cəlilovun məhkəməsi başlayıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Naxçıvan Hərbi Məhkəməsində keçirilən ilk iclasda müttəhim polkovnikin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.
Hazırlıq iclasında işə mahiyyəti üzrə baxılmır. Tərəflərin razılığı ilə cinayət işi məhkəmə baxışına verilib.
İlham İbrahimovun sədrlik etdiyi hakimlər polkovnikin həbsdə mühakimə edilməsinə qərar veriblər.
İlk baxış iclası dekabrın 23-nə təyin edilib.
Qeyd edək ki, Mirzə Cəlilov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. DTX-nin İstintaq baş idarəsində istintaq olunan iş üzrə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma-külli miqdarda törədildikdə) və digər maddələri ilə yekun ittiham elan edilib.
Cəlilov Dövlət Xidmətinin rəisi vəzifəsindən əvvəl Naxçıvan Şəhər Polis İdarəsinin rəisi işləyib.
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO












