Banner

“Volksvagen” 100 qoyunu “işə götürdü”

Avtodünya 10 Noyabr 2026 14:14
“Volksvagen” 100 qoyunu “işə götürdü”
WhatsApp kanalımıza abunə olun

Almaniyanın məşhur avtomobil nəhəngi "Volksvagen" Polşadakı müəssisəsində maraqlı və ekoloji layihəyə start verib. 

Avtosfer.az xəbər verir ki, şirkət zavod ərazisindəki günəş elektrik stansiyasında ot örtüyünə təbii yolla qulluq etmək üçün 100 baş qoyundan istifadə etməyə başladığını açıqlayıb.

Qoyunlar Polşanın Vjeşnya şəhərində yerləşən zavodun 27 hektarlıq geniş fotovoltaik parkında otlayırlar. Onların əsas "vəzifəsi" günəş panellərinin altında və ətrafında bitən otları yeyərək ərazini təbii yolla təmizləməkdir. Bu üsulla "Volksvagen" otların mexaniki texnika ilə biçilməsinə olan ehtiyacı minimuma endirməyi və karbon emissiyasını azaltmağı hədəfləyir.

Qeyd edək ki, 27 hektarlıq geniş ərazidə 31 mindən çox günəş paneli quraşdırılıb və bu stansiya ümumilikdə 18.3 meqavat enerji gücünə malikdir. Günəşli havalarda stansiya zavodun elektrik enerjisi ehtiyacını tam şəkildə ödəyir, illik ortalama göstəricilərə görə isə bu panellər müəssisənin ümumi enerji tələbatının təxminən 25 faizini qarşılayır.

Oxunub : 40
ŞƏRH YAZ
Ad

E-mail

Şərh