Qadınlar niyə kişilərdən az qazanır? – Maaş fərqinin SƏBƏBLƏRİ BUNLAR İMİŞ...

"Bizdə idarəetmədə olan qadın işçilərin sayı azdır. İndiki şərait elədir ki, vəzifəsindən asılı olaraq maaşların çox yüksək olması da görünür".
Avtosfer.az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, tikintidə daha çox kişilər çalışır və orada bəzi hallarda maaşlar daha yüksəkdir:
"Bəzi hallarda qadınların karyera qurmasında başqa maneəçiliklər də olur. Məsələn: övladın dünyaya gəlməsi, bir neçə il işdən kənarda qalması karyeranın pillələrində irəliləməkdə müəyyən problemlər yarada bilir. Bu, fiziki işlə birbaşa əlaqəli bir sahə olan tikinti sahəsidir. Əslində tikintidə daha çox kişilər çalışır və orada bəzi hallarda maaşlar daha yüksəkdir. Ona görə də bu obyektiv reallıq məsələsi də bunun üçün da açıqdır. Dünyanın bir çox ölkələrində belə disbalans mövcuddur. Azərbaycanda da təəssüf ki, bu var".
Ekspert əlavə edib ki, ən çox yüksək maaş neft-qaz sektorundadır və orada da əsasən də platformalarda neft çıxaran, fiziki olaraq bu işlə məşğul olan insanların böyük əksəriyyəti kişilərdir:
"Amma dediyim kimi, bunun tikinti sektoru, neft-qaz sektoru – yeri gəlmişkən, ən çox yüksək maaş neft-qaz sektorundadır və orada da əsasən də platformalarda neft çıxaran, fiziki olaraq bu işlə məşğul olan insanların böyük əksəriyyəti kişilərdir. Yəni bax bu, tikinti və neft-qaz sektorundakı maaşların yüksək olması və orada kişilərin daha çox çalışması orta aylıq maaşlarla bağlı – yəni bütün sahələri götürəndə kişiləri önə çıxardır".
Qeyd edək ki, 2025-ci ilin nəticələrinə görə, Azərbaycanda kişilərin orta aylıq nominal əməkhaqqı 1 264 manat, qadınların isə 874 manat olub. Bu isə kişilərin orta əməkhaqqının qadınlarla müqayisədə təxminən 45% çox olması deməkdir. Nəticədə, qadın və kişilərin orta aylıq maaşı arasında 390 manat fərq yaranıb.
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Güclü küləkdə bayrağı xilas etmək istədi - VİDEO
"Xalqımızın birliyi dünyaya nümunədir" - PREZİDENT
Şuşanın işğaldan azad olunmasından altı il ötür
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO












