Dünəndən maqnit qasırğası başlayıb

Martın 2-dən 2021-ci ilin ilk ən uzun maqnit qasırğası günləri başlayıb.
Mart ayında belə günlər çox olacaq. Maqnit dalğaları bəzi qrup insanları, meteohəssas şəxsləri halbahal edir.
Bəs bu günlərdə sağlamlığı necə qorumalı?
Günəşdə baş verən partlayışlar səbəbindən yerin maqnit sahəsinə təsir artır.
Gündüz saatlarında yolda və nəqliyyatda insanların ayaq üstündə yuxulaması, əzginlik hiss etməsi, bədənə istilik gəlməsi, aşırı əsəbilik müşahidə edilir.
Psixoloji zəif, meteohəssas və nevroloji xəstələrdə xəstəliyin simptomları daha da fəallaşıb, panik atak tutmaları kəskin artıb.
Bu günlərdə təcili yardım, nevropotoloqlara insanların müraciəti və zəngləri də artır.
Həkimlər belə günlərdə gündüz saatlarında açıq havada, gün altında az olmağı, gün batandan sonra aktiv gəzintilərə çıxmağı tövsiyyə edir. Nevroloji xəstələr həkimi ilə məsləhətləşib dərmanların qəbul cədvəlində dəyişiklik və əlavələr edə bilər. Təzyiq ciddi nəzarətdə saxlanmalıdır. Sedativ sakitləşdirici preparatlardan istifadə oluna bilər. Ürək xəstələri müayinə olunsunlar. Əgər sağlmaqlıqları imkan verirsə, səhərlər bir fincan qəhvə içə bilərlər. /medicina.az
Azərbaycanda yeni ehtiyac meyarı müəyyənləşir
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO












