Dünyanın ən böyük gizli alış-veriş portalı bağlandı

Ötən gün Almaniya polisi dünyanın ən böyük gizli alış-veriş portalı olduğu güman edilən “DarkMarket”i bağlayaraq serverdən ayırıblar.
Avtosfer.az AFP-yə istinadən xəbər verir ki, həm də narkotik vasitələrinin, qəlp pulların, oğurluq və saxta bank kartlarının, anonim telefon kartlarının, virus proqramlarının da satıldığı bu portalda kriptovalyuta ilə ödəniş edildiyi bütövlükdə 140 milyon avro məbləğində azı 320 min alış-veriş əməliyyatı keçirilib. Bütövlükdə həmin portalda 500 minədək istifadəçi və 2 400-dən artıq satıcı fəaliyyət göstərib.
Həmçinin istirahət günləri polis Danimarka sərhədi yaxınlığında qanunsuz alış-veriş portalının operatoru olduğu güman edilən 34 yaşlı Avstraliya vətəndaşını saxlayıb.
“DarkMarket”ə qarşı bir neçə ay davam edən əməliyyatda “Europol”un əlaqələndiriciliyi ilə Avstraliya, Böyük Britaniya, Danimarka, İsveçrə, Ukrayna, Moldova polisinin iştirak etdiyi bildirilir.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












