E-sosial.az portalına müraciətlərin sayı 46 milyon oldu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalında qeydiyyatdan keçmiş aktiv istifadəçilərin sayı 852 min, portala müraciətlərin sayı 46 milyon oldu.
Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, e-sosial.az portalında qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı artmaqda davam edərək 852 minə çatıb.
2019-cu ildən istifadəyə verilən, ölkənin sosial reyestri e-sosial.az portalı vətəndaşlara onlar barədə toplanmış sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış imkanı yaradır.
Vətəndaş özü barədə portalda toplanmış məlumatları daimi izləyə, yaranan sosial-əmək hüquqlarının təminatı prosesinə ictimai nəzarəti həyata keçirə bilir. Portal həmçinin hər kəsə hüquqları yarandığı təqdirdə 100-dən çox sosial xidmət növündən çevik rejimdə yararlanmaq imkanı verir. Portalın “Android” və “İOS” əməliyyat sistemləri də fəaliyyət göstərir ki, bu da vətəndaşların ondan rahat istifadəsinə və portalın daha əlçatan olmasına şərait yaradır.
Bütün bunlar portala müraciətlərin sayının sürətlə artmasını şərtləndirib. Ötən dövrdə portala 46 milyondan çox müraciət qeydə alınıb.
Beynəlxalq internet saytları üzrə istifadə statistikalarını paylaşan alexa.com saytının (ABŞ, San-Fransisko) ötən ilin aprelində açıqladığı “Azərbaycanın top saytları” siyahısında e-sosial.az portalı ölkəmizdə ən çox müraciət olunan saytların ilk beşliyində (google.com, youtube.com, google.az, wikipedia.org saytları ilə birgə) qərar tutmuşdu.
Azərbaycanda yeni ehtiyac meyarı müəyyənləşir
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO












