Əhali ATM və POS terminallardan daha çox istifadə etməyə başlayıb

2020-ci il dekabrın 1-nə olan göstəriciyə görə ATM-lər vasitəsilə 1 milyard 677 milyon manat, POS-terminallar vasitəsilə isə 100 milyon manat nağd pul çıxarılıb.
Avtosfer.az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, ATM-lər vasitəsilə çıxarılan pulun həcmi ötən ayın göstəricilərinə nisbətən 0,8 faiz, ilin əvvəli ilə müqayisədə isə 32,5 faiz artıb. Ölkədə ATM-lər vasitəsilə aparılan əməliyyatların ümumi sayı 6 milyon 936 mindir.
POS-terminallar vasitəsilə çıxarılan nağd pulun həcmi ötən aya nisbətən 16,3 faiz, ilin əvvəli ilə müqayisədə isə bu həcm 53,8 faiz artıb. POS-terminallar vasitəsilə nağd pulun çıxarılması üzrə əməliyyatların sayı 15 min olub.
Eləcə də, ATM-lər vasitəsilə aparılan nağdsız ödənişlərin həcmi 25 milyon manat, POS-terminallar vasitəsilə 226 milyon manat təşkil edib. ATM-lər vasitəsilə 152 minə yaxın nağdsız ödəniş əməliyyatı, POS terminallar vasitəsilə isə 4 milyon 608 min nağdsız ödəniş əməliyyatı həyata keçirilib.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












