Ekspert: “Rüşvətxor məmurlar cəzanın ən sərt üzünü görməlidirlər”

“Biz Vətən müharibəsindən qalib çıxmış ölkəyik. Hələ də məmurların rüşvət alması məsələsi ilə bağlı məlumatların yayılmasına təəssüflənirəm”.
Bu barədə Oxu.Az-a açıqlamasında “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib.
Onun sözlərinə görə, qanun hər kəs üçün eynidir:
“Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov barəsində istintaq işlər aparılır. Qanun bütün gücü ilə işləməlidir. Hüquq-mühafizə orqanları müvafiq araşdırmalarını davam etdirir. Kim hansı əməli törədibsə, məsuliyyətə cəlb edilib, cəzasını da almalıdır.
Məmurlar tərəfindən rüşvət alması dövlətin qanunlarına hörmətsizlikdir. Prezident İlham Əliyevin apardığı siyasətin məzmununu qavramamağın nəticəsidir”.
“Korrupsiya hallarına yol verən məmurun aşkarlanması və məsuliyyətə cəlb edilməsi alqışlanmalıdır. Onlar bilməlidir ki, cəzadan kənarda qala bilməzlər. Kimliyindən asılı olmayaraq qanun hər kəs üçündür.
Bu həm də digər yüksək rütbəli məmurlar üçün xəbərdarlıq olmalıdır. Bundan lazım olan nəticəni çıxarsınlar. Əgər hansısa məmur köhnə alətlərindən, yəni rüşvət almaqdan əl çəkmirsə, onları bağışlamaq olmaz. İstənilən baş vermiş əməllər ciddi araşdırılmalıdır. Cəzanın ən sərt üzünü görməlidirlər”, - deyə o bildirib.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












