Ekspres xətlər üzrə 100-ə yaxın ehtiyat avtobus cəlb edilir - BNA

Bu gün 163 marşrut (153 müntəzəm və 10 ekspres) üzrə 2 130 ədəd avtobus xətlərə çıxarılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.
Onun sözlərinə görə, əlavə olaraq metrostansiyalar istiqamətlərində ekspres xətlər üzrə 100-ə yaxın ehtiyat avtobus cəlb edilir:
"Məqsəd hər gün 20-25% artan sərnişin tələbatını qarşılamaqdır. Son statistik məlumatlara əsasən, gün ərzində 2,1 - 2,2 milyondan artıq sərnişin səfər sayı qeydə alınır. Lakin yollarda olan sıxlıq və tıxac halları birbaşa avtobusların hərəkətini də çətinləşdirir. Belə olan halda xətlərə əlavə avtobusların cəlb olunmasının bir mənası da qalmır. Mövcud vəziyyətdə avtobusların rahat və maneəsiz hərəkəti olduqca vacibdir. Bunu nəzərə alaraq fərdi avtomobil sürücülərindən bu məsələdə anlayışlı olmağı xahiş edirik. Tövsiyə edirik ki, mümkün qədər yollarda avtobusların hərəkətinə üstünlük versinlər, avtobus zolağının tələbinə və dayanma-durma, parklanma qaydalarına mütləq formada əməl etsinlər".
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












