Ələt-Astara dəmir yolu nə vaxt işə düşəcək? - RƏSMİ

Bu il Ələt-Astara dəmir yolunun layihələndirilməsi üzrə işlərin aparılması nəzərdə tutulur.
Bunu "Azərbaycan Dəmir Yolları" (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev deyib.
O qeyd edib ki, 2024-cü ildə bu istiqamətdə bir sıra işlər görülüb.
"Belə ki, Ələt-Astara dəmiryol xətti üzrə elektrik təchizatı və rabitə-işarəvermə sistemlərinin konseptual layihələndirmə işləri başa çatdırılıb. Bundan başqa, Qasımlı-Liman mənzilinin 131 km-də yerləşən körpünün tikinti-quraşdırma işləri yekunlaşıb. Hazırda test işləri aparılır. 2025-ci ildə də müavfiq işlər davam etdiriləcək", - deyə B.Hacıyev qeyd edib.
Xatırladaq ki, Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlərlə bağlı Fəaliyyət Planına əsasən, 2024-2026-cı illərdə Ələt−Osmanlı−Astara dəmir yolunun yenidən qurulması planlaşdırılıb. Həmçinin, bununla bağlı 2026-ci ildə Biləcəri stansiyasının çeşidləmə parkında 3-cü dəstənin dartı yollarının və yoldəyişənlərin əsaslı təmiri nəzərdə tutulub.
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI












