Əli Əliyev: "Azad edilmiş ərazilərdə poçt şöbələri fəaliyyətə başlayıb"

"Azad edilmiş ərazilərdə poçt və rabitə xidmətləri ilə bağlı görülən işlər açıqlanıb".
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) baş kommunikasiya inzibatçısı Əli Əliyev 30-cu Yubiley Xəzər İnşaat Həftəsinin ("Caspian Construction Week") ikinci günündə məlumat verib.
O qeyd edib ki, azad edilmiş ərazilərdə "Azərpoçt" MMC tərəfindən poçt xidmətlərinin göstərilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir:
"Hazırda Xocavənd rayonunun Hadrut qəsəbəsində, Zəngilan rayonunun Ağalı kəndində, Xankəndidə, Şuşada, Laçın və Kəlbəcər rayonlarında "Azərpoçt" MMC-nin poçt şöbələri fəaliyyətə başlayıb.
Ərazilərin bərpası prosesində dəqiq və operativ informasiya təminatını gücləndirmək məqsədilə peyk texnologiyalarından geniş şəkildə istifadə olunur. "Azərkosmos" tərəfindən fiber-optik xətlərin və digər rabitə infrastrukturunun hələ mövcud olmadığı ərazilərdə peyk texnologiyaları vasitəsilə internet və daxili şəbəkə xidmətləri təmin edilir".
"Nəqliyyat, rabitə və rəqəmsal infrastruktur sahələrində növbəti mərhələdə aidiyyəti qurumlarla sıx və koordinasiyalı şəkildə əməkdaşlıq davam etdiriləcək", - deyə Ə.Əliyev vurğulayıb.
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












