Banner

Elvin Mahmudzadə və Samir Məmmədov həbs edildilər - FOTO

Xəbərlər 9 Oktyabr 2026 10:36
Elvin Mahmudzadə və Samir Məmmədov həbs edildilər - FOTO
WhatsApp kanalımıza abunə olun

“Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri Elvin Mahmudzadə və eyni ictimai birliyin əməkdaşı Samir Məmmədovun həbs edildikləri barədə məlumat yayılıb.

Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, E.Mahmudzadə və S.Məmmədov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə xeyli miqdarda pul və ya əmlak tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Hər iki şəxs barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Elvin Mahmudzadə 3 il əvvəl də külli miqdarda dələduzluğa görə həbsdə olub.

 

Oxunub : 110
ŞƏRH YAZ
Ad

E-mail

Şərh