Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 növ e-arayış xidməti əhalinin istifadəsindədir - VİDEO

İş yerinə və əlilliyə dair, müavinət, pensiya, təqaüdlə, sosial yardımla, mənzillə, avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə arayışlar əldə etmək indi daha asan, rahat və əlçatandır. Bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 növ e-arayış xidməti əhalinin istifadəsindədir.
Arayışları əldə etmək üçün e-sosial.az portalına daxil olub qeydiyyatdan keçmək lazımdır. Bundan sonra aşağıdakı növlərdə arayışları e-qaydada əldə etmək mümkündür:
- İş yerinə dair arayış
- Tibbi Sosial Ekspert Komissiyası tərəfindən keçirilən müayinə haqqında arayış
- Əlillik haqqında arayış
- Pensiya haqqında arayış
- Müavinət və təqaüd haqqında arayış
- Maddi yardım haqqında arayış
- Sosial avtomobil haqqında arayış
- Birdəfəlik ödəmə haqqında arayış
- Mənzillə təminat haqqında arayış
- Ünvanlı sosial yardım haqqında arayış
- Ünvanlı sosial yardım ödənişləri haqqında arayış
- Fərdi şəxsi hesab haqqında arayış
- Məşğulluq haqqında arayış
- Torpaq pay mülkiyyətçisi haqqında arayış
- Sosial sığorta şəhadətnaməsi nömrəsi haqqında arayış
Yaxın zamanda daha 15 növdə e-arayış xidmətinin hazırlanaraq istifadəyə verilməsi planlaşdırılıb.
E-arayış xidmətlərindən istifadə proseduru ilə bağlı ətraflı məlumat almaq üçün Nazirlik tərəfindən hazırlanan videoçarxı təqdim edirik:
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












