Ərdoğan Azərbaycanın zəfəri barədə: “Minsk Qrupu nəticə göstərmədi, biz bunu izlədik” - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlama verib.
Bu barədə Türkiyə Prezident Adminstrasiyasının “Twitter” hesabında bildirilir.
Türkiyə lideri Azərbaycanda keçirilən Zəfər paradından, iki qardaş ölkə arasındakı münasibətlərdən bəhs edib.
“Azərbaycan bizim üçün qardaş ölkədir. Ermənistan 30 il müdətində Azərbaycan torpaqlarını işğal altında saxlayıb. Azərbaycanlı qardaşlarımız bu müddətdə çox səbr etdilər, işğal nöqtəsində Minsk Qrupu (ATƏT), təəssüf ki, gözlənilən nəticə göstərmədi, ədalətli nəticə əldə edilmədi, biz bu müddəti izlədik.
Amma dünən Azərbaycanda qardaşlarımızın həyəcanı, coşqusu, doğrudan da, çox fərqli idi. Azərbaycan lideri İlham Əliyev qardaşım, dəyərli həyat yoldaşı, mən və həyat yoldaşım, bütün heyətimiz orada, həqiqətən, Azərbaycan və Türkiyənin bir yerdə olmasının ən gözəl nümunələrini göstərdik.
Bundan sonra da, birlikdə atacağımız addımları bağladığımız müqavilələrlə də təsdiqlədik.
Bu mərhələni qərarlı şəkildə davam etdirəcəyik”.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












