Ərdoğan Putinlə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.
Avtosfer.az xəbər verir ki, bu haqda “TRT haber” məlumat yayıb.
Danışıq zamanı Türkiyə ilə Rusiya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Ərdoğan Rusiya Türkiyə ilə Rusiya arasında əməkdaşlığın regional problemlərin həllində mühüm əhəmiyyət kəsb etdiyini, Türkiyənin Rusiya ilə Ukrayna arasında davam edən müharibəyə son qoymaq üçün başlayan prosesi yaxından izlədiyini və davamlı sülhün təmin edilməsi üçün Türkiyənin hər cür dəstəyi, o cümlədən sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu bildirib.
O, Qara dənizdə ticarət gəmiçiliyinin təhlükəsizliyi üçün atılacaq xoşniyyətli addımların sülh prosesinə töhfə verəcəyini və Türkiyənin Qara dənizin münaqişə zonasına çevrilməsinin qarşısını almaq üçün öhdəsinə düşəni etdiyini deyib.
Ərdoğan danışıq zamanı Türkiyənin Suriya məsələsində Rusiya ilə əməkdaşlığa önəm verdiyini, Suriyanın ərazi bütövlüyü əsasında davamlı sülh və sabitliyə nail olması üçün Türkiyə və Rusiyanın birgə çalışmasının vacib olduğunu və tərəflərin Suriyaya qarşı sanksiyaları tamamilə aradan qaldırmaq üçün birlikdə çalışa biləcəyini bildirib.
Türkiyə lideri Suriyanın resurslarının Suriya keçid hökumətinə həvalə edilməli olduğunu və “Suriya Demokratik Qüvvələri” adlandırılan qüvvələrin ləğvini dəstəklədiyini, Suriyanın artıq terror təşkilatları üçün uyğun bir bölgə olmadığını qeyd edib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












