Ermənilər hamilə əmim qızını öldürdülər - Faciədə hər iki valideynini itirən Xocalı şahidi

Xocalı faciəsi zamanı atamı, anamı, polis əməkdaşı olan qardaşımı, əmim qızını, digər qohumlarımı itirmişəm. Ermənilər hamilə olan əmim qızını da öldürdülər. Hər iki valideynini itirmiş 25 azyaşlı arasında mənim yeddi yaşında olan qardaşım da var idi.
Erməni silahlı qüvvələrinin Xocalıya hücum edərək dinc əhaliyə qarşı belə bir qətliam törədəcəklərinə inanmırdıq. Hazırda Xocalı soyqırımının 29-cu ildönümünü qeyd etdiyimiz bu gün bizim üçün ən ağrılı tarixdir. Ötən 29 ildə biz bir dəqiqə də olsun bu faciəni unutmadıq.
Bunları Xocalı qətlimanının şahidi Tahirə Hüseynova deyib.
Xocalı soyqırımının əsrin ən böyük faciəsi olduğunu qeyd edən T.Hüseynova bildirib ki, tarixdə belə bir vandalizm görünməyib. Ermənilər qadınlara, uşaqlara, qocalara belə rəhm etmirdilər, vəhşicəsinə qətlə yetirirdilər.
Xocalı şahidi əlavə edib ki, Ulu öndər Heydər Əliyev Xocalı şəhidlərinin xatirəsini daim dərin ehtiramla yad edir, xocalılı ailələrə diqqət və qayğı göstərirdi: "Bu diqqət və qayğını davam etdirən Prezident İlham Əliyevin hər il Xocalı abidəsini ziyarət etməsi, anım mərasimlərində iştirakı və şəhidlərimizin xatirəsini yad etməsi şəhid ailələrinə çox böyük mənəvi dayaqdır. Bu gün bir daha hiss etdim ki, biz həqiqətən də dövlətimizin diqqət mərkəzindəyik"./trend
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












