Ermənilər narahatdır, sülhməramlılar əcnəbilərin girişinə icazə vermir

Rus sülhməramlıların nəzarəti altında olan Dağlıq Qarabağdakı ermənilərin sıx yaşadığı ərazilərə əcnəbilərin girişinə icazə verilmir. İndi Qarabağın bu bölgələrinə daxil olmaq istəyən əcnəbilərin siyahısı əvvəlcədən rus sülhməramlılarına təqdim olunmalıdır.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ermənistanın diaspor məsələləri üzrə baş səlahiyyətli nümayəndəsi Zareh Sinanyan "RİA Novosti"yə açıqlamasında bu məsələni Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə müzakirə etdiyini bildirib.
"Rusiya və ya Ermənistan vətəndaşlığı olmayan insanlar bununla əlaqədar problemlər yaşamağa başlayırlar. Nəhəng bir diasporumuz var, yayda Ermənistana gəlməyə öyrəşiblər, onlar həm də Dağlıq Qarabağı ziyarət etməyi sevirlər və bu yay bir çox insan Dağlıq Qarabağa getmək istədiyi halda, hazırki rejim səbəbindən bunu edə bilməyəcəklər",- deyə Sinanyan qeyd edib.
Sinanyan bildirib ki, indiki qaydaya görə, Qarabağa səfərdən 7 gün əvvəl ərizə göndərmək lazımdır. Daha sonra Rusiya sülhməramlılarına siyahı göndərilir və onlar kimin girişinə icazə olub-olmadığına qərar verirlər.
"İndi pandemiyanın bitmədiyi və turizm mövsümünün başlamadığı üçün hələ ki, müraciətlər azdır. Ancaq getmək istəyənlər hələ də var, təşkilatların və ölkəyə girişi qadağan edilən insanların siyahısı var",- deyə Sinanyan əlavə edib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












